Iranda avtomobildə başını açan qadınların sayı artmaqdadır.

RePost.Az ölkə.az-a istinadən xəbər verir ki, bu halların artması "avtomobillərin şəxsi, yoxsa ümumi sahə" olduğuna aid müzakirələri yenidən alovlandırıb.

İranda hakimlər və əxlaq polisləri avomobillərin ümumi kommunal sahə olduğu fikrini müdafiə edirlər.

1979-cu ildə İranda baş verən İslam inqilabından sonra isə qadınlara başını bağlamaq məcburiyyəti tətbiq edilmişdi. Amma rəsmilər qərarı tətbiq etməkdə müəyyən çətinliklərlə üzləşirlər. Qadınlar və əxlaq polisi arasında əsasən də yay aylarında ixtilaflar və toqquşmalar baş verir. Əxlaq polisləri başını açan sürücü qadınların maşınını saxlayır, cərimə yazır, avtomobili cərimə meydançasına aparır. Bununla belə, qadınlar arasında sükan arxasında başını açanların sayı durmadan artır.

İran prezidenti Ruhani də insanların şəxsi sahələrinə hörmətlə yanaşılmasının lazım olduğunu və avtomobilində başını açan qadınlara qarşı normal mövqedə olduğunu bildirmişdi.

İranın yüksək çinli məmurlarından biri Hadi Sadegi isə bildirir ki, avtomobilin görünməyən qismi yük yeridir.

Bu cür müzakirələr zidd fikirli tərəflər arasında ciddi qalmaqallara səbəb olur.

RePost.Az


Baxış sayı: 10325 | Tarix: 13.07.2017
Bizi Telegramda izləyin: @repostaz