Bu gün Azərbaycanda qeyri-adi toy mərasimi keçirilib. Daha doğrusu toy adi toylardan heç nə ilə fərqlənməyib. 
 
RePost.Az xəbər verir ki, fərqlənən bəylə gəlinin toy libasları olub. Belə ki, toyda Səbuhi bəy zabit geyimində olub. Bəyin geyiminə uyğun olaraq Fidan xanımın gəlinliyi də hərbi parçadan tikilib. Bu barədə Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı sosial şəbəkədə məlumat paylaşıb.
 
"Bu gün iştirakçısı olduğum qeyri-adi-gözəlmi-gözəl bir toydan bu paylaşımı edərkən, vətənpərvərliyin təcallasından məmnunluğumu bölüşmək istərdim! SQ zabitimiz Səbuhi bəyə və xanımı Fidana bəxtiyarlıq diləyirəm!", - Əkbər Qoşalı qeyd edib.
 
RePost.Az

Baxış sayı: 6253