ARB telekanalında yayımlanacaq "Xalqın şairi" verilişinin münsif kürsüsündə əməkdar artist Elza Seyidcahanın yer alması birmənalı qarşılanmayıb. İzləyicilərdən bəziləri tez-tez şeirləri ilə gündəmə gələn sənətçinin münsif olması ilə razılaşmayıb.
 
E.Seyidcahan onun münsif olması ilə barışmayan izləyicilərinə isə şeir həsr etməklə cavab verib.
 
Sözügedən şeiri təqdim edirik:
 
"Tikim, Tikim sizin ağzınızı
Qırxayaq kimi.
Geyim cırım corabımı
Çatana kimi.
 
Cırın, cırın.
Siz də geyin, geyin, qaçın
Xəyallara batana kimi.
Tikim sizin ağzınızı yatana kimi".
 
Daha sonra bəstəkar-müğənni izləyicilərinə şeirin davamını kitabdan oxumağı məsləhət görüb: "Poeziya bütövlükdə bilinməzliyə yürüşdür. Ölün, yana-yana qalın. Mən şair vətəndaşıyam".
 
İzləyicilər isə bu şeirə belə münasibət veriblər: Möhtəşəm şeirdir. Bəzilərinin ağzını tikmək lazımdır".
 
RePost.Az

Baxış sayı: 3238 | Tarix: 31.08.2017
Bizi Telegramda izləyin: @repostaz