Paytaxtın Binəqədi rayonunda qəribə hadisə olub. 10 yaşlı uşağın 9-cu mərtəbədən atıldığı iddia olunur.
 
RePost.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə avqustun 26-ı axşam saatlarında Rəsulzadə qəsəbəsində baş verib.
 
10 yaşlı Aytən Mehdiyeva deyir ki, naməlum 1 kişi və 1 qadın onun ağzına keyləşdirici ilə isladılmış parça tutaraq evin qapısının ağzından götürüb 9-cu mərtəbəyə çıxarıblar.
 
Yuxarı çıxan zaman o, anlaqlı vəziyyətdə olub. Zərərçəkmişin sözlərinə görə, müqavimət göstərməsinə baxmayaraq onu 9-cu mərtəbədən aşağı atıblar. Uşaq 1 saylı Şəhər Kiliniki Xəsətəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.
 
Uşağın atası Zaur Mehdiyev deyir ki, düşmən münasibətində olduğu bir adam yoxdur.
 
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırmalar aparılır. 
 
RePost.Az


Baxış sayı: 2516 | Tarix: 14.09.2017
Bizi Telegramda izləyin: @repostaz