İŞİD terrorçuları Suriyanın şimalında türk ordusuna aid səhra xəstəxanasına hücum edib.  

RePost.Az-ın “Hürriyet”ə istinadən yaydığı məlumata görə, Türk ordusunun da 3 şəhid verib, 11 əsgər isə yaralanıb. Xeyli sayda terrorçunun məhv edildiyi bildirilir. Hadisə Suriyanın şimalındakı Əl-Bab yaşayış məntəqəsinə yaxın yerdə baş verib. Qeyd edək k, Türkiyə ordusu Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək məqsədilə 3 aydan çoxduq “Fərat Qalxanı” əməliyyatı keçirir.

RePost.Az


Baxış sayı: 2858 | Tarix: 21.12.2016
Bizi Telegramda izləyin: @repostaz