Azərbaycan Respublikasının birinci vitse-prezidentinin yeni köməkçisi təyin edilib.
 
Bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən: Gündüz Kərimov birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunub. Bununla da birinci vitse-prezidentin köməkçilərinin sayı 4 nəfərə çatıb.
 
Hazırda I vitse-prezidentin Katibliyinin strukturu belədir:
 
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov
 
Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Mehdi Dadaşov
 
Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Fariz Rzayev
 
Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov
 
Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev
 
Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov
 
Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov
 
Qeyd edək ki, Mehriban Əliyeva prezident İlham Əliyevin bu il fevralın 21-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının I vitse-prezidenti təyin olunub.
 
RePost.Az
 

Baxış sayı: 2307 | Tarix: 14.11.2017
Bizi Telegramda izləyin: @repostaz