Sabirabadda keçirilən toy şənliyində kütləvi dava olub.
 
RePost.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qaragüney kəndində baş verib.
 
Toyda bir nəfər bir neçə şəxsə bıçaqla xəsarət yetirib. Xəsarət alanlardan iki nəfər - Sabirabad sakini, 1980-ci il təvəllüdlü Xudayarov Orxan Adıgözəl oğlu və Bakı sakini, 1988-ci il təvəllüdlü Əhmədov Emil Məhəmməd oğlu Şirvan Şəhər Xəstəxanasında əməliyyata götürülüb.
 
Əlavə məlumat veriləcək.
 
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
 
RePost.Az

Baxış sayı: 2402 | Tarix: 06.12.2017
Bizi Telegramda izləyin: @repostaz