Güney Azərbaycanda fasiləsiz mitinqlər başlayır.

RePost.Az Günaz Tv-yə istinadən xəbər verir ki, bununla bağlı güney azərbaycanlılara müraciət olunub. Müraciət təşkilat mənsubiyyətindən asılı olmayaraq bütün fəallar, bu gün saat 16:00-da başlayacaq aksiyalara dəvət edilir. Aksiyanın əsas şüarları türk millətinə edilən zülmlər, ana dilində təhsil, Urmu gölünün bərpası ilə bağlı olacaq. Aksiyalar hər gün hər şəhərin mərkəzi xiyabanında, Təbrizdə isə Rasta Küçədə keçiriləcək.

RePost.Az


Baxış sayı: 3029 | Tarix: 04.01.2018
Bizi Telegramda izləyin: @repostaz