Biləcəri qəsəbəsində yol nəqliyyathadisəsi baş verib. 
 
RePost.Az BAKU.WS-ə istinadən xəbər verir ki, taxta-şalban daşıyan TIR sərnişin avtobusuna çırpılıb. 
 
Hadisə şahidlərinin verdiyi məlumata görə, manevr etmək istəyən TIR-ın üzərində olan taxtalar avtobusa dəyib. Nəticədə içi sərnişin dolu avtobus yolun kənarında dayanan taksinin üzərinə aşıb. 
 
Hadisə nəticəsində sərnişinlərdən bəzilərinin yaralandığı deyilir. 
 
Qəza zamanı avtobusun şüşələri sınıb. 
 
Hadisənin görüntülərini təqdim edirik: 
 
RePost.Az


Baxış sayı: 4131 | Tarix: 29.01.2018
Bizi Telegramda izləyin: @repostaz