Güney Azərbaycanın Meşginşəhr məntəqəsində yaşayan iki bacı, 63 il sonra Şimali Azərbaycanda yaşayan bacılarına qovuşublar. Bu ayrılıq 1940-cı illərdə, Azərbaycan Milli Hökuməti süquta uğradıqdan sonra baş verib.
 
RePost.Az Günaz Tv-yə istinadən xəbər verir ki. milli hökumət süquta uğradıqdan sonra meşginşəhrli Novruz Bərpuş vətəni tərk edərək Şimali Azərbaycana sığınıb. Bir müddət sonra Novruz Bərpuş Stalinin əmri ilə Sibirə sürgün edilib. Bundan sonra onunla Meşginşəhrin Təbnəq kəndində yaşayan ailəsi ilə əlaqəsi kəsilib. Sürgündən Novruz sonra Şimali Azərbaycanın Gəncə şəhərində məskunlaşıb. O, burada ailə qurub, iki oğlu, bir qızı olub. Novruz və iki oğlu SSRİ dağılmadan öncə vəfat edib, lakin onun Lyudmila adlı qızı ailənin tək uşağı kimi öz həyatını davam etdirib.
 
Azərbaycan Cumhuriyyəti 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Novruzun nəvələri onu və ailəsini axtarmaq üçün Şimali Azərbaycana gəliblər. Onlar nəhayət babalarının Gəncədəki qəbirini tapıb və sonralar bunun izi ilə Lyudmilanı tapmağa nail olublar. Məlumata görə, coğrafiya üzrə Moskova Universitetinin məzunu olan Lyudmila, bəhmənin 26-da Güney Azərbaycanın Meşginşəhr şəhərinə səfər edərək 63 illik həsrətə son qoyub. Lyudmila bildirib ki, o həyatı boyu bacılarını görməyi arzulayıb. Onun bacıları Zivər və Səfiyyə isə 63 ildir doğma ataları və onun ailəsini görmək həsrətində olduqlarını bildiriblər.
 
RePost.Az


Baxış sayı: 3314 | Tarix: 19.02.2018
Bizi Telegramda izləyin: @repostaz