İsfəndin 6-da saxlanılan Tehran Universitetinin zəncanlı öyrəncisi xanım Pərisa Rəfiinin harada saxlandığı məlum olub.
 
RePost.Az Günaz TV-yə istinadən xəbər verir ki, bu barədə öyrəncinin atası məlumat yayıb. Onun sözlərinə görə, qızı hazırda Tehranın Evin zindanında ruhi və cismi işgəncələr altında saxlanılır.
 
Fotoqrafiya üzrə təhsil alan Pərisa Rəfii, universitetdə mədəni və qanuni fəaliyətlərlə məşğul olub.
 
RePost.Az
 

Baxış sayı: 3504 | Tarix: 06.03.2018
Bizi Telegramda izləyin: @repostaz