Dünən, Beynəlxalq Qadınlar Günü - 8 Martda İranın fəallardan ibarət bir qrupu Tehranda gender əlaməti üzrə diskriminasiyaya qarşı aksiya keçirməyə çalışıb.
 
RePost.Az xarici KİV-lətə istinadən xəbər verir ki, aksiyanın ən azı 20 iştirakçısı polis tərəfindən saxlanılıb.
 
Əmək Nazirliyinin Azadi prospektindəki binası yanında İran qadınları "Cinsi əlamət üzrə diskriminasiyaya yox!", "Əmək qanunvericiliyində diskriminasiyaya yox!", "Kişilərlə bərabər əməkhaqqı!", "Azadlıq, bərabərlik, ədalət!" şüarları yazılmış plakatlar qaldırıblar.
 
Şahidlərin sözlərinə görə, mülki geyimli polis əməkdaşları, polis furqonları və "əxlaq polisi"nin əməkdaşları etiraz aksiyasının keçirildiyi yerə bir gün əvvəldən cəlb olunubmuş.
 
O da bildirilir ki, qadınların etiraz aksiyası dağıdılan zaman polislər foto və video çəkməyə imkan verməyiblər.
 
RePost.Az

Baxış sayı: 3922 | Tarix: 09.03.2018
Bizi Telegramda izləyin: @repostaz