İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri başlayıb. 
 
RePost.Az-ın xəbərinə görə, İran nümayəndə heyətinə İran xarici işlər naziri, neft naziri, sənaye, mədən və ticarət naziri, idman və gənclər naziri, İran prezident aparatının rəhbəri və nəqliyyat naziri daxildir. 
 
İkigünlük səfər çərçivəsində İran və Azərbaycan prezidentləri arasında təkbətək və geniş tərkibdə görüş keçiriləcək. Səfər zamanı iki ölkə arasında sənaye, kənd təsərrüfatı, səhiyyə və turizm sahələrində sənədlərin imzalanacağı gözlənilir. 
 
Martın 29-da prezidentlər Neftçalada avtomobil zavodu və Astara-Astara dəmiryolu xəttinin açılışında iştirak edəcəklər.
 
RePost.Az

Baxış sayı: 2687 | Tarix: 28.03.2018
Bizi Telegramda izləyin: @repostaz