ARB TV-nin "Səhər-Səhər" verlişinin növbəti qonaqları meyxanaçı Pərviz Bülbülə və müğənni Türkan Vəlizadə olub.
 
RePost.Az Milli.Az-a istinadən bildirir ki, müğənni, ilk olaraq, efirdə "Seçilmiş müğənni" mükafatına niyə yalnız getdiyini açıqlayıb:
 
"Pərvizi də dəvət etmişdilər. Pərvizin də mükafatı var idi. Biz, əslində, birlikdə getməli idik. Sadəcə olaraq, mükafatlar ayrı-ayrı verilməli idi. Amma Pərvizin səhhətində problem yarandığı üçün mən tək getməli oldum".
 
Açıqlamanın ardından apacıcı Elgiz Əkbərin Pərviz və Türkandan duet mahnı istəyinə meyxanaçı maraqlı reaksiya verib:
 
"Oxumuram Türkanla. Mən daha onunla oxumuram. Qurtardıq onunla...".
 
RePost.Az


Baxış sayı: 5461 | Tarix: 05.04.2018
Bizi Telegramda izləyin: @repostaz