Aktrisa Özge Borak Instagram hesabının mesaj bölümündə ona əxlaqsız təklif edən şəxsi ifşa edib.
 
RePost.Az xəbər verir ki, özünü azərbaycanlı iş adamı olaraq təqdim edən istifadəçi, Özge Borakın Instagram hesabına "Moskvada yaşayıram. Səninlə 1 gecə 1 milyon dollar... Hesabını söylə, pulunu dərhal köçürüm" sözlərindən ibarət mesaj göndərib.
 
“Əslində təqibçilərimin göndərdiyi mesajları paylaşmıram. Əgər mesaj çox gülməli və yaxud çox vacib olduqda paylaşıram. Qadın ya kişi olmasından asılı olmayaraq, çalışıram ki, çoxuna cavab yazım. Ayrıca sevgi mesajları çox olur, sağolsunlar. Lakin bu həyasızlığa nə deyəcəyimi bilmirəm”. 
 
RePost.Az

Baxış sayı: 14191