Prezident İlham Əliyevin sərəncamı ilə Tofiq Zeynalov Tovuz rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezidentin başqa bir sərəncamı ilə onun yerinə Məmməd Cahangir oğlu Məmmədov təyin edilib.
 
RePost.Az xəbər verir ki, Tofiq Zeynalov xəbəri musavat.com-a şərh edərkən deyib ki, sərəncam haqda ona təzəliklə məlumat veriblər: "Nahar fasiləsindən qayıtdıqdan sonra eşitdim ki, vəzifədən azad edilmişəm. Allah cənab prezidentdən razı olsun. Şübhəsiz ki, islahatlar davam etdirilməlidir. Yeni kadrlar gəlməlidir. Bizə tapşırılan bu vəzifəni yerinə yetirdik, bizdən sonra gələnlər də, inanıram, yüksək səviyyədə işlərinin öhdəsindən gələcəklər".
 
RePost.Az

Baxış sayı: 2801 | Tarix: 07.06.2018
Bizi Telegramda izləyin: @repostaz