Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
 
RePost.Az-ın məlumatına görə, fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində peşəkar milli kadrların hazırlanması işində fərqləndiklərinə görə Fövqəladə Hallar Nazirliyi Akademiyasının aşağıdakı əməkdaşları təltif ediliblər:
 
“Tərəqqi” medalı ilə
 
Hətəmov Əhməd Süleyman oğlu
 
Kazımov Kazım Tahir oğlu
 
“Hərbi xidmətlərə görə” medalı ilə
 
Dadaşov İlqar Firdovsi oğlu - polkovnik
 
Həsənov Hüseynqulu Həsənbala oğlu - polkovnik
 
Mahmudov Elçin Musa oğlu – polkovnik
 
Qarayev Malik Fikrət oğlu – polkovnik
 
RePost.Az

Baxış sayı: 2763 | Tarix: 11.06.2018
Bizi Telegramda izləyin: @repostaz