Bakıda yaşayış binasında yanğın başlayıb.
 
RePost.Az-ın məlumatına görə, hadisə Yasamal rayonu, “Elmlər Akademiyası” metrosunun yaxınlığında, Hüseyn Cavid prospekti 81 ünvanında, “Mothercare” mağazasının yerləşdiyi binada qeydə alınıb.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.//APA
 
RePost.Az

Baxış sayı: 2820 | Tarix: 23.06.2018
Bizi Telegramda izləyin: @repostaz