Dünən axşam saatlarında SOCAR-ın N. Nərimanov adına Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) "Ələt" yatağındakı 41 saylı platformasında meydançanın dizel yanacağı tutumunun altındakı hissə çöküb.
 
SOCAR-dan RePost.az-a verilən məlumata görə, görülən tədbirlər nəticəsində müvəqqəti tutum qoyulub ki, yatağın elektrik enerjisi ilə təchiz olunması tam olaraq təchiz edilsin.
 
Məlumata görə, bu gün səhər saatlarından SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunun əməkdaşları hadisə yerinə cəlb olunub: "Artıq tutum öz yerinə qoyulub".
 
Dövlət şirkətindən bildirilib ki, hadisə nəticəsində ölən və yaralananlar yoxdur. Bununla yanaşı, sütun germetik bağlı olduğundan dənizə heç bir dağıntı olmayıb.
 
RePost.az
 

Baxış sayı: 2630 | Tarix: 05.01.2017
Bizi Telegramda izləyin: @repostaz