Dünyada ən ucuz mobil rabitə Şri-Lankadadır. 
 
"Vesti-Finance" nəşri xəbər verir ki, bu ölkədə mobil telefonla danışanlar ayda orta hesabla 0,97 dollar xərc çəkirlər. 
 
Aylıq mobil rabitə xərclərinin azlığına görə növbəti sıralarda Banqladeş (1,42 dollar) və İran (2,01 dollar) qərarlaşıb. 
 
Siyahıda həmçinin Nepal, Pakistan, Hindistan, Butan, Monqolustan, Efiopiya və Sudan da var.  Bu ölkələrdə mobil rabitə xərci ayda 2-3 dollar arasındadır.
 
RePost.Az

Baxış sayı: 2896 | Tarix: 21.08.2018
Bizi Telegramda izləyin: @repostaz