Rusiyada avtoritetlər arasında növbəti qanlı olay yaşanıb.
 
RePost.Az xəbər verir ki, hadisə ötən həftə sonu Moskvada baş verib. Belə ki, mərhum Rövşən Lənkəranskinin klanına daxil olan Haci Beyləqanskinin sağ əli kimi tanınan Rafo Gürcüstanlı (Rafael) vurulub.
 
Hadisə gecə saat iki radələrində baş verib. Onun vurulma anı müşahidə kameralarına düşüb. Yaxın məsafədən bir neçə dəfə açılan atəş nəticəsində Rafo Gürcüstanlı ölüb.
 
Hadisəni hansı kriminal qruplaşmanın həyata keçirməsi haqda hələlik heç bir məlumat yoxdur./Qafqazinfo/
 
RePost.Az


Baxış sayı: 5689 | Tarix: 28.08.2018
Bizi Telegramda izləyin: @repostaz