Ukrayna və Rusiya arasında gərginlik yenidən yüksəlib. RePost.Az xəbər verir ki, rəsmi Kiyev Krımla sərhəddə hərbi aktivliyini artırmaq qərarına gəlib.

RePost.Az-ın məlumatına görə, Ukrayna Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsi Vladimir Krızxanovski “112” telekanalına müsahibəsində deyib ki, artıq raketlər havaya buraxılıb və hər şey planlandığı kimi irəliləyir.

Onun sözlərinə görə, raketlər Krımın hava sahəsinin 30 kilometrliyindən keçəcək.

Ukraynanın təlimlərdə hansı raketləri sınaqdan keçirəcəyi də açıqlanmır. Bu yaxınlarda Ukrayna prezidenti Pyotr Poroşenko hədəfi dəqiq vuran yeni raketin sınaqlarının uğurla keçirildiyini bildirib. 

Rusiya isə Ukraynanın bu hərbi həmləsindən sonra qəfil hərəkətə keçib. RİA Novosti agentliyinə məlumat verən mənbə bildirib ki, Rusiya torpaqlarının havadan müdafiəsi üçün hərbi gəmilər Krımın qərbində mövqelərini alıblar.

“Gəmi ekipajına “hər an döyüşə hazı ol” əmri verilib”, - mənbə deyib.

Bu arada Rusiyanın “Rosaviatsiya” şirkətinin səlahiyyətli şəxsləri Ukraynanın keçirdiyi təlimlərinin beynəlxalq hüquqa ziddi olduğunu və bir sıra razılaşmaların üstündən xətt çəkdiyini qeyd ediblər.

“Bu təlimlər çərçivəsində həyata keçirilən raket atışları sərnişin təyyarələri üçün də böyük təhlükəir” – Rusiya tərəfi xəbərdarlıq edib.

İlyas Mustafa

RePost.Az


Baxış sayı: 2497 | Tarix: 01.12.2016
Bizi Telegramda izləyin: @repostaz