Bu gün saat 14:45 radələrində Xəzər dənizində Xərə Zirə adası yaxınlığında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi“ QSC-yə məxsus "Akademik Zərifə Əliyeva” adına gəmi bərəsinin baş mühərrik bölməsində elektrik naqillərində istilənmə müşahidə edilib.
 
Bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
 
"Gəmi heyətinin operativ müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb. Gəmidə təhlükəli yük olmayıb. Hadisə ilə bağlı ətraflı məlumat veriləcək", - deyə gəmiçiliyin məlumatında əlavə edilib.
 
RePost.Az

Baxış sayı: 4359 | Tarix: 12.01.2017
Bizi Telegramda izləyin: @repostaz