Şəmkir rayonunun Sərxan yaşayış massivində bıçaqlanma hadisəsi baş verib.
 
RePost.az ARB TV-yə istinadən xəbər verir ki, kənd sakini, 20 yaşlı Anar Lətifli  həmyerlisi, 24 yaşlı Məhəmməd Məhəmmədlini bıçaqlayıb.
 
Sonuncu aldığı bıçaq yarasından sonra ətrafdakıların köməyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Dərhal əməliyyat olunan yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
 
Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
 
Şəmkir rayon Polis Şöbəsindən verilən məlumata görə, tərəflər arasında mübahisə toya dəvət üstündə düşüb. 
 
Üç gün bundan əvvəl toyu olan Məhəmməd Məhəmmədli həmyerlisini öz məclisinə dəvət etməyib. Bundan hiddətlənən Anar Lətifli, 3 gün sonra bəyi söhbətə çağırıb. Beləcə tərəflər arasında düşən mübahisə qanlı sonluqla nəticələnib. Hələlik cinayəti törədən Anar Lətifli məsuliyyətdən yayınır.
 
Şəmkir polisi onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
 
RePost.az

Baxış sayı: 4511 | Tarix: 13.01.2017
Bizi Telegramda izləyin: @repostaz