Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov iki generalın yerini dəyişib.
 
RePost.Az Unikal.org-a istinadən xəbər verir ki, Ramil Usubovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Çevik Polis Alayının komandiri təyin olunub.
 
Nazirin digər əmri ilə, Çevik Polis Alayının keçmiş komandiri, polis general-mayoru Zaur Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinin Rəis müavini vəzifəsinə təyinat alıb.
 
Xəbəri DİN-dən təsdiqləyiblər.
 
Qeyd edək ki, S. Bağırov daha əvvəl də DİN-in Çevik Polis Alayının komandiri işləyib.
 
RePost.Az

Baxış sayı: 2972 | Tarix: 15.01.2019
Bizi Telegramda izləyin: @repostaz