Xalq artisti Mələkxanım Əyyubova qardaşı oğlu Valeh İsrafilovun polis tərəfindən saxlanılması barədə yayılan xəbərlərə münasibət bildirmək istəməyib.

RePost.Az xəbər verir ki, ölkə.az-ın əməkdaşının "Qardaşınız oğlunun 3 qızla bağlı yayılan məlum videoya görə saxlanılması xəbəri nə dərəcədə doğrudur" sualını dinləyən xanəndə dəstəyi asıb və növbəti zəngləri cavabsız qoyub. 

Qeyd edək ki, sözügedən qalmaqala görə saxlanılan şəxslərdən biri də xalq artisti Mələkxanım Əyyubovanın qardaşı oğlu, müğənni Ramal İsrafilovun qardaşı Valeh İsrafilovdur. Bildirilir ki, Cahid adlı şəxsə qızları Valeh İsrafilov yollayıb. 

V.İsrafilovun qardaşı Vüsal İsrafilov isə unikal.org-a açıqlamasında qardaşının Cahid adlı şəxslə dost olduğunu etiraf edib.

 

RePost.Az


Baxış sayı: 2915 | Tarix: 01.04.2019
Bizi Telegramda izləyin: @repostaz