Müğənni Roza Zərgərli övladlığa götürdüyü Corc və Jerar Qafarov qardaşlarının anasının fotosunu paylaşıb. 
 
RePost.Az xəbər verir ki, sənətçinin paylaşımından ananın həyatda olmadığı anlaşılır:
 
"Allah sənə rəhmət etsin, gözün yolda qalmasın heç zaman Leylam... 2 gül balanı, mələklərini göz bəbəyim kimi qoruyuram. Kaş onları Azərbaycan ordusunun hərbi geyimində görərdin. Vətənin keşiyində dağ kimi dayanıblar. Sənin ad günündür, yerin cənnət olsun. Övladlarım üçün təşəkkürlər, yerin cənnətlik olsun!" 
 
Qeyd edək ki, Roza Zərgərlinin dörd övladı var. Doğma qızı Bənövşədir, digər üç uşağı övladlığa götürüb.
 
RePost.Az

Baxış sayı: 3200 | Tarix: 15.04.2019
Bizi Telegramda izləyin: @repostaz