Sabahdan etibrarən İranda sıxılmış təbii qaz (CNG) bahalaşır.
 
Bu barədə İranın Milli Neft Məmulatlarının Distribyutorluğu Şirkəti elan verib.
 
Şirkət bildirib ki, 22 may tarixindən ibarət hər bir kq təbii sıxılmış qazın qiyməti (CNG) 6568 rial (rəsmi məzənnə ilə 0,15 dollar) olacaq.
 
İndiyədək qiymətin 6 min rial olduğunu bildirən şirkət qiymət artımının 10%-dən aşağı olduğunu əlavə edib.
 
İranın Milli Neft Məmulatlarının Distribyutorluğu Şirkəti qiymət artımı ilə əldə olunan vəsaitin yanacaqdoldurma məntəqələrində təhlükəsizliyin artırılması, avadanlıqların quraşdırılmasına sərf olunacağını bildirib.(trend)

Baxış sayı: 1357