Digər Xəbərlər
	   
 
	Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin "28 may" stansiyasında intihara cəhd hadisəsi baş verib. 
	
	RePost.Az-ın məlumatına görə,  bir qadın özünü qatarın altına atıb. 
	
	Hadisə ilə bağlı metroya giriş 15-20 dəqiqəlik dayandırılıb. 
	
	“Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov faktı "Report"a təsdiq edib. 
	
	Onun sözlərinə görə, hazırda hadisə ilə bağlı araşdırma aparılır və rəsmi məlumat veriləcək.
 
                 
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
 