Təhlükəsiz şəhər kamerasına düşən bu görüntülər həqiqi bir şok yaşadır.
 
RePost.Az  avtosfer.az-a istinadən xəbər verir ki, hadisə məktəblərdən birinin qarşısında baş verir. "VAZ-2107" markalı, üzərində “taksi” nişanlı olan avtomobilin sürücüsü 4 şagirdi məktəbə düşürür. Şagirdlər yolu keçmək istəyirlər. Bu zaman asta sürətlə “Mercedes” markalı avtomobil onların qarşısından keçir.
 
Şagirdlər bir anlıq dayanıb “Mercedes”in keçməsini gözləyirlər. Birdən "VAZ-2107" markalı avtomobil hərəkət edir. Sürətlə uşaqların dayandığı yerə gəlir. Şagirdlərə çırpılaraq onları “Mercedes” markalı avtomobilə sıxır.
 

Ətrafdakılar “07”-ni güc ilə geri çəkilər. Görünür, nasazlıq yaranan, yaxud sürücünün əyləc yerinə qazı basdığı vəziyyətdə ölən olmasa da şagirdlər ağır yaralanır.

 
Qızlardan biri isə iç qanaması ilə xəstəxanaya çatdırılır. Bu dəhşətli görüntüləri təqdim edirik. Ürəyi zəif olanlar baxmasın. 
 
RePost.Az

 


Baxış sayı: 2782 | Tarix: 04.06.2019
Bizi Telegramda izləyin: @repostaz