Bakıda dəm qazından öldüyü bildirilən 42 yaşlı Sevinc Orucovanın intihar etdiyi məlum olub.
 
RePost.Az bildirir ki, bu barədə Oxu.az-a Yasamal Rayon Prokurorluğundan məlumat verilib.
 
Bildirilir ki, S.Orucova iyunun 5-də özünü yaşadığı evin hamam otağında asaraq, həyatına son qoyub. 
 
Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil. Faktla bağlı CM-nin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Baxış sayı: 2440 | Tarix: 07.06.2019
Bizi Telegramda izləyin: @repostaz