İTV-nin “Yeraltı” verilişində bu dəfə fikirlərin, zövqlərin kəsişmədiyi yer üstündən vaz keçib, nəsillərin qarşıdurmasına yer altında son qoyulub.
 
RePost.Az xəbər verir ki, "Yeraltı"da bu dəfə Əməkdar artist Bəhram Bağırzadə və müğənni Dilarə Kazımova qonaq olub.
 
Nəsillərin qarşıdurmasının sonunda Bağırzadə aparıcıdan mikrofon fonu Dilarə Kazımovaya verməyi xahiş edib:
 
"Dilarə metroda heç oxumayıb. Gəlin mikrafonu ona verək, qoy oxusun". 
 
Kazımova əvvəlcə tərəddüd etsə də, sonra razılaşıb və repertuarındakı ən məşhur mahnısını - "Dəm olmuşam" ("Kəklikotu" filminin soundtreki) oxuyur.
 
Onun ifası sərnişinlərin marağına səbəb olub.
 


Baxış sayı: 3333 | Tarix: 07.10.2019
Bizi Telegramda izləyin: @repostaz