Noyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Pirşağı stansiyasının açılışı olub.
 
RePost.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
 
Dövlətimizin başçısı stansiyanın rəmzi açılışını bildirən lenti kəsdi.
 
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.
 
İlham Əliyev həmçinin “28 May” stansiyası ətrafında sakinlərlə görüşüb. 
 
Dövlət başçısı sakinlərin problemlərini dinləyib. 
 
Prezident sakinlərin problemlərinin həlli ilə bağlı köməkçilərinə tapşırıq verib. Sakinlərin problemləri yerində qeydə alınıb.
 


Baxış sayı: 2668 | Tarix: 19.11.2019
Bizi Telegramda izləyin: @repostaz