Lökbatanda İcra Hakimiyyəti binasının arxasında yerləşən Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib.
 
Səhiyyə Nazirliyindən RePost.Az-a verilən məlumata görə, hadisə barədə məlumat Təcili Yardıma saat 10:14-də daxil olub.
 
Hadisə yerinə 3 Təcili Yardım briqadası çıxıb. Həkimlər mərkəzdən 50 yaşlı qadın müəllim götürüblər.
 
Sifətin və hər iki əlinin termiki yanığı diaqnozu ilə müəllim 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb.
 
Daha bir neçə nəfər hadisə zamanı stress keçirib.
 
Onlara yerində yardım göstərilib.

Baxış sayı: 2801 | Tarix: 16.12.2019
Bizi Telegramda izləyin: @repostaz