Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən parlament seçkilərində ilkin seçici fəallığını açıqlayıb.
 
RePost.Az-ın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, respublika üzrə 2 547982 nəfər səs verib, seçici fəallığı 47.81 faiz olub.
 
Qeyd edək ki, Milli Məclisə seçkilərlə əlaqədar səsverməyə bu gün saat 08:00-da start verilib, saat 19.00-da başa çatıb.  
 
Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir. 

Baxış sayı: 2839 | Tarix: 10.02.2020
Bizi Telegramda izləyin: @repostaz