Çində koronavirus qurbanlarının sayı 2663-ə çatıb, 27,2 mindən çox insan sağalıb.
 
RePost.Az xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
 
Çində sutka ərzində 71 nəfər ölüb, təxminən 2,6 min nəfər xəstəxanadan evə yazılıb.
 
Ölkədə yeni növ koronavirusa yoluxanların sayı 77,6 mini ötüb.

Baxış sayı: 3257 | Tarix: 25.02.2020
Bizi Telegramda izləyin: @repostaz