Bakıda polis əməkdaşı qətlə yetirib.
 
RePost.Az “oxu.az”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.
 
Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Ramazanov Araz İrza oğlu Nərimanov rayonu, M.Nağıyev küçəsi 3, mənzil 1-də yaşadığı ünvanda qardaşı, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşı, 1989-cu il təvəllüdlü Ramazanov Anar İrza oğlu ilə mübahisə edib.
 
Mübahisə nəticəsində Araz Ramazanov qardaşı Anar Ramazanovu bıçaqla qətlə yetirib.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
 
Hadisəni törədən şəxs saxlanılıb.

Baxış sayı: 2364 | Tarix: 25.02.2020
Bizi Telegramda izləyin: @repostaz