Ermənistanda koronavirusa yoluxma hallarının sayı 190-a çatıb.
 
RePost.Az-ın məlumatına görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Milli Mərkəzinin saytında bildirilib.
 
Məlumatda deyilir: "Ermənistanda 190 koronavirusa yoluxma faktı təsdiqlənib. İki nəfər sağalıb, xəstəlikdən ölən yoxdur".
 
Qeyd edək ki, daha əvvəl 160 yoluxma faktı təsdiqlənmişdi.

Baxış sayı: 376