Dünya bazarında neftin bir barelinin qiyməti 40 ABŞ dollarından aşağı düşdükdən sonra yenidən artmağa başlayıb.
 
RePost.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 19:35-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında “Brent” markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 0,99% artaraq 40,71 ABŞ dolları təşkil edib.
 
Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 0,92% artaraq 38,36 ABŞ dolları olub.

Baxış sayı: 3485 | Tarix: 25.06.2020
Bizi Telegramda izləyin: @repostaz