Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.
 
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən RePost.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvar ayının sonunadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
 
Havanın minimal temperaturu yanvarın 28-29-da 0-3 dərəcə şaxta təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə yolların buz bağlayacağı ehtimal olunur.
 
RePost.Az

Baxış sayı: 2440 | Tarix: 27.01.2017
Bizi Telegramda izləyin: @repostaz