Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən RePost.Az-a  verilən məlumata görə, şimal küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 0-2 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.
 
RePost.Az

Baxış sayı: 2630 | Tarix: 11.02.2017
Bizi Telegramda izləyin: @repostaz