Lənkəran rayonunda bıçaqlanma hadisəsi olub.
 
RePost.Az report-a istinadən xəbər verir ki, 2008-ci il təvəllüdlü Məhəmməd Yalçın oğlu Məmmədli həmyaşıdı Ələkbər Zamin oğlu Məmmədzadə tərəfindən bıçaqlanıb.
 
Ə.Məmmədzadə hadisəni evlərinin yaxınlığında törədib. Bir bıçaq yarası alan M.Məmmədli Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, hazırda əməliyyat olunur.
 
Hadisəni törədən Ə.Məmmədzadənin isə polis əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Baxış sayı: 3637 | Tarix: 14.06.2021
Bizi Telegramda izləyin: @repostaz