Cəbhədə ötən gün vəziyyət gərginləşib.
 
RePost.Az xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 51 dəfə pozub.
 
Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində düşmən çox sayda itki verib. Ermənistan KİV-i artıq bir əsgərin həlak olduğunu yazıb. Məlumata görə, 1991-ci il təvəllüdlü Qor Frunzikoviç Xudinyan güllə yarasından ölüb.  
 
Ermənistan tərəfinin itkiləri dəfələrlə artıq olsa da hələki bunu gizlədirlər. Gün ərzində ermənilərin digər itkilərini də açıqlayacağı istisna olunmur. 

Baxış sayı: 2478 | Tarix: 23.02.2017
Bizi Telegramda izləyin: @repostaz