ANS Kommers Şirkəti tərəfindən “A.K.İ. İnter” MMC-yə qarşı müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində yaranmış borcun ödənilməsi tələbi 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində iddia qaldırılıb.
 
RePost.Az İstiPress-ə istinadən xəbər verir ki, hakim Hökümə Babayevanın sədrliyi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində keçirilən bu günki məhkəmə iclasında “ANS Kommers” Şirkətinin iddia tələbi qismən təmin edilərək, cavabdeh “A.İ.K. İnter” MMC-dən iddiaçı “ANS Kommers” Şirkətinin xeyrinə 3 280 manat əsas borcun, 200 manat məbləğində cərimə məbləğinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması qət edilib. 
 
RePost.Az

Baxış sayı: 2459 | Tarix: 07.03.2017
Bizi Telegramda izləyin: @repostaz