İsrailin Suriyadakı İran konsulluğuna endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
 
APA IRNA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 6 Suriya vətəndaşı da öldürülüb.
 
Dağıntıların təmizlənməsi əməliyyatı son mərhələyə çatıb.
 
Qeyd edək ki, ölənlərdən yeddisi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi məsləhətçiləridir.

Baxış sayı: 8995 | Tarix: 02.04.2024
Bizi Telegramda izləyin: @repostaz