Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürovanın toy mərasiminə 400 min dollar xərc çəkilməsi barədə yayılan xəbərlər daha da alovlanmağa davam edir.
 
RePost.Az GoldNews.Az-a istinadən xəbər verir ki, bu dəfə A. Şükürovanın bir müddət əvvəl ailə həyatı qurduğu Oqtay Əmircanlı məsələ ilə bağlı açıqlama verib. O, həyat yoldaşının keçmiş əri Elşən barədə bir sıra mətləbləri açıqlayıb, həmçinin toya da 400 min dollar xərclənmədiyini qeyd edib:
 
"Əgər həmin toya mənim 150-200 minim çıxıbsa, sən kişi deyilsən. Mən bu söhbətlərdən bezmişəm. Sənin kişiliyin var? Kişi öz keçmiş arvadı barədə danışar? İstənilən halda o, sənin oğlunun anasıdır. Uşağının şəklinin üzərinə söyüş yazan sən deyilsən? Gəldin Ayseldən uzaq duracağını deyərək boyunbağını sən aparmadın? Sən mənim ailəmi tanımaya-tanımaya boş-boş danışırsan. Sən bacının ərini döyüb, bacını "adapter" naqili ilə boğmamısan?".
 
O. Əmircanlı daha sonra Elşən barədə onu da qeyd edib ki, bütün işləri yalnız məhkəmə yolu ilə həll edəcək. O, daha sonra həyat yoldaşının evinə köçməsi məsələsinə də aydınlıq gətirib. Bildirib ki, doğrudan da evində təmir işləri getdiyi üçün həyat yoldaşının evinə köçüb:
 
"Əgər istəyirsənsə, gedək o biri evimi də sənə göstərim."
 
RePost.Az


Baxış sayı: 3390 | Tarix: 19.04.2017
Bizi Telegramda izləyin: @repostaz