“Xəzər” televiziyasında yayımlanan “Bizə danış” verilişində daha bir saxtakarlıq üzə çıxıb. 
 
Bu barədə RePost.Az-a Afət Natiq adlı həmkarımız məlumat verib. Onun sözlərinə görə, Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişə qatılan Rəşad və Vüsalı adlı cütlüyün həyat hekayəsi uydurmadı. “Deyirlər, istəyirik toyumuz olsun. Həyatımda bir dəfə də olsa gəlinlik geyinim. Halbuki onların toyu olub. Xeyriyyəçi qrup üzvləri olaraq biz toy etmişik. Cehizlik əşyalar alınıb, daş-qaşlar, televizor, soyuducu xonçalar və s. pul yazılmışıq. Gəlinlik də geyinib. İndi yalandan orada ağlayır ki, gəlinlik geyinmək arzumdu. Bizim zəhmətimizi yerə vururlar. Onlara ikinci dəfə toy etməkdənsə, başqa həqiqətən gəlinlik geyinməyən qıza toy edərlər. Niyə camaatı soyurlar yalandan.  Toyda nikahları da kəsilib, 7 aydır evlidirlər”, - deyə jurnalist bildirib.
 
Afaq Natiq hətta cütlüyün toy fotolarını da təqdim edib:
 
Repost.Az həmin fotoları təqdim edir. 
 
P.S. Verilişin 40-cı dəiqəsindən sonraya baxın. 
 

Baxış sayı: 3238 | Tarix: 08.06.2017
Bizi Telegramda izləyin: @repostaz