Azərbaycanda sabah olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən RePost.Az-a verilən məlumata görə,  Bakıda və Abşeron yarımadasında iyulun 06-da hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-25, gündüz 30-34, Bakıda gecə  22-24, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 55-65 faiz  təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  23-24, Türkan, Hövsan, Sahil, Şıxda  25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin  axşam  və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi  əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturunun gecə 22-27, gündüz 33-37, dağlarda gecə 17-22, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.  


Baxış sayı: 2649 | Tarix: 05.07.2017
Bizi Telegramda izləyin: @repostaz