Ölkəmizdə verilən sertifikatlar avropada tanınacaq və bununlada Azərbaycan məhsulları xarici bazarlara rahat çıxış imkanı əldə edəcək. 
 
RePost.Az Xəzər Tv-yə istinadən məlumat verir ki, bunu Standartlaşdırma, metrologiya və patent üzrə dövlət komitəsinin sədri Ramiz Həsənov deyib. Komitə sədri ölkəmizdə yanacağın keyfiyyəti ilə bağlı bəzi şikayətlərin olduğunu amma bunların real şikayət olmadığınıdı bildirib.O deyib ki, ölkəmizdə verilən uyğunluq sertifikatları, sınaq protokolları və bunun kimi bir sıra sənədlərin Avropa İttifaqında tanınması üçün iş aparırılır. 
Bu baş verərsə Azərbaycanda istehsal edilən məhsulların xarici bazarlara çıxış imkanı artacaq və sürətlənəcək. Bunun üçündə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsi" adlı Avropa İttifaqının Tvinninq layihəsi keçirilir. 
 
Ramiz Həsənov onuda bildirib ki, qanunvericliyin beynəlxalq normalara uyğunlaşdırılması üçün 4 yeni qanun hazırlanıb və onlardan ikisiə qəbul olunub. Bundan başqa beyənlxalq əməkdaşlıq yolu ilə kadr potensialıda gücləndilir. 
 
Komitə sədri Azərbaycanda benzinin keyfiyyəti ilə bağlı bəzi şikayətlərin edildiyini amma araşdırmalar zamanı bunlarında texniki məsələlər olduqunu bildirdi. 
 
Qeyd edək ki, hazırda keçirilən tvininq layihəsi 2 il müddətinə icra olunacaq.
 
RePost.Az


Baxış sayı: 2383 | Tarix: 07.09.2017
Bizi Telegramda izləyin: @repostaz