Ötən əsrin 20-ci illərində Azərbaycan xalqına qarşı erməni daşnakları tərəfindən qətliamlar törədən 26- Bakı komissarlarının adına Bakıda klub açılıb. Özü də vaxtı ilə 26-lar adı ilə tanınan indiki ''Sahil'' bağının yaxınlığında. 
 
RePost.Az-ın məlumatına görə, bu barədə Xəzər TV-yə tarixçi alim Dilavər Əzimli məlumat verib. TV-nin əməkdşaları alimin dediyi məkənda olub. Həqiqətən də restoranın qapısının girişində rəqəmlə 26, digər tərəfində isə ingiliscə 26 sözü yazılıb. Restoranın sahibi Ramin Məmmədov alimin fikirləri ilə razılaşmır... 
 
Tarixçi alim Dilavər Əzimliyə görə məhz bu ərazidə belə adla restoranın açılılması şübhələri daha da artırır. Bu adla restoran paytaxtın başqa yerində də aça bilərdi. 
 
Ramin Məmmədov deyir ki, əgər bağın adını verəsi olsaydım hazırki adı , yəni ''sahil'' qoyardı. O vətən xaini olması ilə bağlı sosıal şəbəkələrdə səsləndirilən iddialarla da razılaşmır. 
 
Tarixçi alim Dilavər Əzimli hesab edir ki,müvafiq qurumlar bununla maraqlanıb məsələni dəqiq araşdırmalıdırlar. 
 
RePost.Az


Baxış sayı: 2535 | Tarix: 07.09.2017
Bizi Telegramda izləyin: @repostaz